ÇL: İsrafilov oynadı, komandası uduzdu

09:49 - 23 Oktyabr 2024

Asiya Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Eddi İsrafilovun formasını geyindiyi "Yohor Darul Takzim" növbəti görüşünə çıxıb.

Malayziya klubu "Qvanqju"ya (Cənubi Koreya) 1:3 uduzub. İsrafilov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Asiya Çempionlar Liqası
Qrup mərhələsi
III tur

22 oktyabr

"Qvanqju" (Cənubi Koreya) - "Yohor Darul Tazim" (Malayziya) 3:1

Xəbər xətti