Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

15:04 - 23 Oktyabr 2024

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün finalı Azərbaycanda keçirilə bilər.

Sportal.az xəbər verir ki, AFFA ev sahibliyi üçün ali futbol qurumuna müraciət edib.  Bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

AFFA Çempionlar Liqasının final görüşü üçün Bakı Olimpiya Stadionunu təklif edib. Digər namizdən isə Madriddəki "Metropolitano" stadionudur.

Yekun təkliflər 19 mart 2025-ci il tarixinədək tender sənədləri ilə birlikdə UEFA-ya təqdim edilməlidir. Qurumun İcraiyyə Komitəsi may ayında finalların keçiriləcəyi yerləri müəyyən edəcək.

Xəbər xətti