"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Everton" türk futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İngiltərə klubu qışda 19 yaşlı forvard üçün İstanbul təmsilçisinə 17 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü olan gənc hücumçu bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi