Ötən mövsüm "Bayer"ə Almaniya çempionluğu qazandıran Xabi Alonso gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis Leverkuzen təmsilçisindən ayrılacaq. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Alonso mövsüm bitəndən sonra "Bayer"i tərk edəcək. "Mançester Siti" və "Real" 42 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından "Bayer"i çalışdırır. KomandaBundesliqada 7 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi