"Yuventus" italiyalı qapıçı ilə müqavilə imzaladı

17:59 - 23 Oktyabr 2024

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi qapıçı Mattia Perinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper 2027-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Mattia Perini 2018-ci ilin yayında "Cenoa"dan transfer edib. İtaliyalı qapıçı bu mövsüm "qoca sinyora"nın heyətində 4 rəsmi matçda meydana çıxıb və qapısında 2 qol görüb.

Xəbər xətti