Millimiz Özbəkistana məğlub oldu

20:50 - 23 Oktyabr 2024

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Paytaxt Daşkənddə baş tutan matçda meydan sahibləri 89-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, komandalar arasında ilk yoldaşlıq görüşündə Özbəkistan yığması 7:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti