UEFA Gənclər Liqası: "Sabah" "Bazel"ə uduzdu

23:16 - 23 Oktyabr 2024

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv İsveçrədə "Bazel"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü noyabrın 6-da Bakıda baş tutacaq.

Xəbər xətti