"Esteqlal"ın(Xuzestan) hücumçusu Tyevi Bifuma qış "transfer pəncərəsi" zamanı Azərbaycan klublarından birinə keçə bilər.
Sportal.az saytına verilən məlumata görə, Konqo millisinin forvardı İrandan ayrılmaq niyyətindədir. O, meneceri tərəfindən Azərbaycan klublarına təklif edilib. Premyer Liqamızdan isə bir klub 32 yaşlı forvarda maraq göstərib. Hazırda maliyyə şərtləri müzakirə edilir. Bu məsələdə də problem yaranmasa, hələ ki, adı açıqlanmayan Premyer Liqa klubu Bifuma ilə 6 ay+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, təcrübəli hücumçunun Xuzestan təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Tyevi karyerası ərzində “Espanyol”, “Las Palmas”, “Vest Bromviç”, “Almeriya”, “Qranada”, “Reyms”, “Bastiya”, “Osmanlıspor”, “Sivasspor”, “Ankaragücü”, “Yeni Malatyaspor”, “Şenzen”, “Bursaspor”, “Kifisiya” klublarında oynayıb.
saytlarin hazirlanmasi