"Neftçi"nin futbolçusu "Sabah"a qarşı oynamayacaq

09:17 - 23 Oktyabr 2024

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Misli Azərbaycan Premyer Liqasının XI turunun "Sabah"la qarşıdakı oyununu buraxacaq.

Sportal.az xəbər verir ki, 10-cu turun “Səbail”lə görüşündə zədələnən Hacıyevin bir həftəlik meydanda olmayacağı dəqiqləşib.

31 yaşlı yarımmüdafiəçi “Səbail”lə görüşdə ilk hissənin sonlarında meydanı məcburiyyətdən tərk etmişdik.

Qeyd edək ki, “Sabah” - “Neftçi” görüşü oktyabrın 27-də keçiriləcək və görüşə 17:00-da start veriləcək.

Xəbər xətti