Maradonanın oğlu İspaniya klubunda baş məşqçi işləyəcək

13:34 - 23 Oktyabr 2024

Dieqo Armando Maradonanın oğlu Sinaqra İspaniya 5-ci Liqa klubunun baş məşqçisi təyin edilib.

Sportal.az xəbər verir ki, kiçik Dieqo Maradona “İbarra” ilə anlaşıb.Maradona mövsümün sonuna qədər İspaniya klubunu çalışdıracaq.

38 yaşlı məşqçi daha əvvəl “Napoli Yunayted”, “Pompey” və “Montekalçio”da işləyib.

Futbolçu kimi isə kiçik Maradona “Servia 1920”, “Puteolana”, “Savoia” kimi aşağı liqa klublarında, həmçinin İtaliyanın U-17 yığması və çimərlik futbolu üzrə İtaliya A millisində oynayıb

Xəbər xətti