"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçə bilər

19:57 - 23 Oktyabr 2024

"Barselona"nın futbolçusu Rafinya yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Hər iki klub qışda 27 yaşlı ön xətt oyunçusunu transfer etmək üçün səy göstərəcək. "Barselona" futbolçusunu 100 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti