"Barselona"nın futbolçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Aston Villa" ispan vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
Birmingem təmsilçisi 24 yaşlı ön xətt oyunçusu üçün "Barselona"ya 15 milyon avroluq təklif göndərib. İspaniya klubu isə futbolçunu 25 milyon avrodan aşağı qiymətə satmağa düşünmür.
Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi