"Arsenal"ın sabiq futbolçusu 32 yaşında baş məşqçi təyin olundu

17:39 - 23 Oktyabr 2024

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer baş məşqçi kimi fəaliyyət göstərəcək.

Sportal.az xəbər verir ki, 32 yaşlı sabiq yarımmüdafiəçi "Norviç Siti" klubunu çalışdıracaq. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Cek Uilşer "Arsenal"In yetirməsidir. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində "topçular"la yanaşı, "Bolton", "Bornmut", "Vest Hem" və "Orxus"da (Danimarka) çıxış edib. 2022-ci ildə karyerasını başa vuran futbolçu "Arsenal"ın U-18 komandasında baş məşqçi kimi çalışıb.

Xəbər xətti