"Karvan"ı dayandıran tapılmır - VİDEO

16:59 - 24 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 6-cı turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Karvan" səfərdə MOİK-in qonağı olub. Gərgin keçən qarşılaşma Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Karvan" liderliyini davam etdirir. 5 xalı olan MOİK isə 6-cı yerdədir.

MOİK - "Karvan" 2:3
Qollar: 
N.Bayramov, İ.Əliyev, 87 (pen) - B.Teymurov, 24, 64, E.Qasımov, 90+1

Xəbər xətti