"Çelsi"nin futbolçusu "Barselona"ya keçə bilər

16:35 - 24 Oktyabr 2024

"Çelsi"nin futbolçusu Karni Çukvuemeka karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. Lakin londonlular 21 yaşlı orta xətt oyunçusu üçün 30 milyon funt-sterlinq təzminat tələb edir.

Qeyd edək ki, "Çelsi" Karni Çukvuemekanı 2 il öncə "Aston Villa"dan transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 1 rəsmi oyunda iştirak edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti