Şimal derbisində qusarlılar sevindi - VİDEO

19:56 - 24 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 8-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki bu gün turun mərkəzi matçında "Haypers Quba" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Şimal derbisi qusarlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

8 turdan sonra 24 xal toplayan "Şahdağ Qusar" liderliyini davam etdirir. 18 xalı olan "Haypers Quba" isə 3-cü yerdədir.

"Haypers Quba" - "Şahdağ Qusar" 1:3
Qollar:
Nurlan Novruzov, 61 - Tiural Qurbatov, 15, Famil Camalov, 19, 77
Qırmızı vərəqə: Firuz Əhmədov, 88 ("Şahdağ Qusar")

Xəbər xətti