"Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq"

22:07 - 24 Oktyabr 2024

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasıAvropa çempionatının pley-off mərhələsində oktyabrın 25-də, “Liv Bona Dea Arena”da Portuqaliya yığması ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Siyasət Əsgərov matçdan öncə AFFA-nın rəsmi saytına verdiyi açıqlamada fikirlərini bildirib:

“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı saat 16:00-da başlayacaq.

Xəbər xətti