"Arsenal" və "Liverpul"un transfer yarışı

20:40 - 24 Oktyabr 2024

"Ayntraxt"ın hücumçusu Omar Marmuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" misirli forvardı heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" da 25 yaşlı futbolçu ilə maraqlanır. "Arsenal"ın transfer yarışında daha şanslı olduğu bildirilir.

Qeyd edək ki, "Ayntraxt" Omar Marmuşu 2023-cü ilin yayında "Volfsburq"dan transfer edib. Misir millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti