Françesko Farioli: "Qırmızı vərəqədən sonra işlər lehimizə getdi"

23:18 - 24 Oktyabr 2024

Niderlandın "Ayaks" klubu Avropa Liqası Liqa fazasının 3-cü turunun oyununda Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qalib gəldi. Növbəti oyunlara köklənməyə çalışacağıq. “Qarabağ” birinci hissədə fantastik oynadı. Oyuna enerjili başladılar. Dünənki mətbuat konfransında da bildirmişdim ki, "Qarabağ"a qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans yaratdıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt onların qərarlarını müzakirə etmirik. Bu, bizim prinsipimizdir".

Xəbər xətti