Kevin De Brüynenin yerinə Arda Güler

17:31 - 24 Oktyabr 2024

"Mançester Siti" Kevin De Brüynenin ayrılığından sonrakı dövr üçün onun yerinə futbolçu axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real"da çıxış edən Arda Güleri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Şəhərlilər" gələn ilin yayında türk yarımmüdafiəçini heyətinə qatmaq üçün səy göstərəcək.

"Mançester Siti"nin digər alternativləri isə “Vilyarreal”dan Aleks Baena və “Las Palmas”dan Alberto Moleyrodur.

Xəbər xətti