"Fənərbaxça"nın futbolçusu üçün mövsüm erkən başa çatdı

14:50 - 24 Oktyabr 2024

"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervoldenin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, niderlandlı futbolçunun zədəsi ciddidir. Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib.

Super Liqanın 9-cu turunun "Samsunspor" la matçında sol dizinin çarpaz bağları qopan 27 yaşlı sol cinah müdafiəçisi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni ötən ilin yanvar ayında "Parma"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti