Çempionlar Liqası: həftənin ən yaxşısı adına namizədlər

12:36 - 24 Oktyabr 2024

UEFA Çempionlar Liqası Liqa fazasının 3-cü turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Sportal.az xəbər verir ki, həftənin ən yaxşı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Barselona"dan Rafinya, "Real"dan Vinisius Junior, "Milan"dan Ticani Reynders və "Monako"dan Takumi Minamino həftənin ən yaxşı oyunçusu adına iddiaçıdır. Qalib UEFA-nın saytında azarkeşlər arasındq keçirilən sorğunun nəticəsinə əsasən bəlli olacaq.


Xəbər xətti