"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında illik ən çox maaş qazanan futbolçu ünvanına sahibdir.
Sportal.az "Al Sharq News"a istinadən xəbər verir ki, 39 yaşlı portuqaliyalı il ərzində 263 milyon avro qazanır. İkinci pillədə isə “Əl-Hilal”ın braziliyalı futbolçusu Neymar yer alıb. Onun illik maaşı 121 milyon avrodur.
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema isə 96 milyon avro ilə Səudiyyə Ərəbistanında ən çox maaş alan oyunçuların ilk “üçlüy”ünü qapayır. Bu reytinqdə dördüncü yeri isə ildə 48 milyon avro maaşla “Əl-Nasr”ın cinah oyunçusu Sadio Mane tutur.
Ötən yay Pro Liqaya keçən oyunçular arasında isə rekord maaş “Əl-Əhli"2nin hücumçusu İvan Toniyə məxsusdur: 23 milyon avro.
saytlarin hazirlanmasi