"Liverpul" "Barselona"nın sabiq futbolçusu ilə maraqlanır

17:56 - 24 Oktyabr 2024

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Selta"da çıxış edən Oskar Minqeza ilə yaxından maraqlanır. "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" klubu ilə 2026-cı ilin iyun ayına kimi müqaviləsi olan 26 yaşlı sağ cinah müdafiəçisini mövsümün sonunda transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Selta" Oskar Minqezanı 2 il öncə "Barselona"dan transfer edib. İspan futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti