Milli komandanın yeni baş məşqçisi açıqlandı

18:27 - 24 Oktyabr 2024

Futbol üzrə Danimarka milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Skandinaviya təmsilçisini Brayn Rimer çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə 2026-cı ilin 15 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Brayn Rimer 2022-2024-cü illərdə Belçikanın "Anderlext" klubunu çalışdırıb.

Xəbər xətti