Poqba Ronaldo ilə komanda yoldaşı ola bilər

22:47 - 25 Oktyabr 2024

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək imkanını nəzərdən keçirir.

Sportal.az “TEAMtalk”a istinadən xəbər verir ki, klub futbolçuya sərfəli təklif etməyə hazırdır.

Fransalı uğrunda "Los-Anceles" və "Marsel" komandaları da mübarizə aparır. Poqba özü də Səudiyyə Ərbəsitanına yollanmağa müsbət yanaşır.

Xatırladaq ki, ötən ilin avqustunda fransalının dopinq testi müsbət çıxmışdı. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləmişdi. Məhkəmə isə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti vermişdi. Oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi (CAS) Polun cəzasını 18 aya endirmişdi. Beləliklə, o, 2025-ci ilin martında rəsmi oyunlara qayıda biləcək.

Xəbər xətti