Messi və Suarez ilin ən yaxşısı adına namizəddir

19:46 - 25 Oktyabr 2024

MLS müntəzəm mövsümün sonunda liqanın ən yaxşıları bəlli olacaq. 

Sportal.az xəbər verir ki, artıq "MLS Year-End Awards 2024" finalçılarının adı dəqiqləşib.

Siyahıda 15 klubun təmsilçisi yer alıb. Qaliblər isə pley-off mərhələsində açıqlanacaq.

Maraqlıdır ki, müntəzəm mövsümün qalibi olan "İnter Mayami"dən 5 nəfər ən yaxşı adına namizəddir. Bu isə ən yüksək göstəricidir.

Lionel Messi və Luis Suarez ən dəyərli oyunçu mükafatı, Xerardo Martino ən yaxşı məşqçi, Dieqo Qomes ilin gənc oyunçusu, Yordi Alba isə ən yaxşı müdafiəçi adı uğrunda mübarizə aparacaq.

Üstəlik, Luis Suarez ilin ən yaxşı oyunçusu mükafatına namizədlər arasındadır. 

Xəbər xətti