Hüseynov oynadı, komandası qalib gəldi - VİDEO

17:21 - 25 Oktyabr 2024

Bolqarıstan çempionatında 13-cü turun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” öz meydanında “Septemvri”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov 66-cı dəqiqədə meydana buraxılıb. Hazırda “Arda” 21 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti