"Sabah"ın oyununun biletləri satışda

11:18 - 25 Oktyabr 2024

FIBA Avropa Kubokunun müntəzəm mövsümündə “G” qrupunun 4-cü turu çərçivəsində keçiriləcək “Sabah” BK (Azərbaycan) – “Spiru” (Belçika) oyunun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,3 və 5 manat təşkil edir.

Oktyabrın 30-u saat 19:00-da başlayacaq oyuna biletləri iticket.az-da əldə etmək mümkündür. 

Qeyd edək ki, "Sabah" BK qrupdakı üç görüşü də uduzub.

Xəbər xətti