"Barselona"nın müdafiəçisi "Çelsi" və "Mançester Yunayted" arasında seçim edəcək

13:47 - 25 Oktyabr 2024

"Barselona"nın müdafiəçisi Ronald Arauxo İngiltərəyə yollanmağa hazırlaşır. 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı uruqvaylı "Mançester Yunayted" və "Çelsi" ilə danışıq aparır. 

Kataloniya klubu Arauxo üçün 70 milyon avro istəyir.

"Barselona" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan futbolçu özü də komandanı tərk etməyi planlaşdırır. 

 

Xəbər xətti