"Qarabağ" uduzdu, UEFA reytinqində vəziyyət dəyişmədi

10:34 - 25 Oktyabr 2024

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"a 0:3 uduzduğuna görə ölkənin əmsalını artırmağı bacarmayıb. 

Hazırda 28-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-dir. Reytinq cədvəlində Azərbaycanla eyni əmsala malik Bolqarıstan 27-ci yerdədir. 

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.

Xəbər xətti