"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanın "Neftçi"(Fərqanə) klubunda oynamış Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi "Sumqayıt"ın heyətində 77 nömrəli formada çıxış edəcək.
"Paris-2024" Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində "Bunyodkor", "Andijan", "Lokomotiv" (Daşkənd), "Olimpik" (hamısı Özbəkistan), "Lokomotiv" (Moskva), "Tambov" (hər ikisi Rusiya) və "Kayrat" (Qazaxıstan) klublarında çıxış edib.
O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.
saytlarin hazirlanmasi