Millidən ayrıldı, Premyer Liqa klubunda işləyəcək

20:47 - 25 Oktyabr 2024

İngiltərə milli komandasının baş məşqçi postundan ayrılan Qaret Sautqeyt Premyer Liqada işləyə bilər.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "Kristal Pelas" ingilis mütəxəssisə təklif göndərib.

Hazırda tərəflər arasında danışıqlar gedir və Sautqeytin böyük ehtimalla təklifə razılıq verəcəyi gözlənilir.

Xatırladaq ki, Qaret Sautqeyt 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edirdi. Bu yay isə o, postundan ayrılıb. 

Xəbər xətti