"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

20:54 - 25 Oktyabr 2024

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə qərb derbisi baş tutub.

"Turan Tovuz" "Kəpəz"i sınağa çəkib. Tovuz təmsilçisi son dəqiqə qolu ilə qələbə qazanmağı bacarıb.

Turun digər qarşılaşmaları 26-27 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur

25 oktyabr

"Turan Tovuz" - "Kəpəz" 2:1 
Qollar:
Veysəl Rzayev 15, Hakman 90+4 - Paçu 76(p)
İstifadə edilməmiş penalti: Kristian da Silva 3

Tovuz şəhər stadionu

Xəbər xətti