Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

12:58 - 26 Oktyabr 2024

Futbol üzrə Albaniya çempionatında 10-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Dinamo Siti"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev də bu grüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

10 turdan sonra 16 xal toplayan "Eqnatia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti