"Ayın qolu” layihəsinin qalibi mükafatlandırıldı - VİDEO

17:50 - 26 Oktyabr 2024

2023/24 mövsümündən etibarən Peşəkar Futbol Liqası və “Misli” “Ayın qolu” layihəsinə start verib.

Sportal.az xəbər verir ki, layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL və “Misli” tərəfindən mükafatlara layiq görülür.

PFL-in feysbuk sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən cari mövsümün sentyabr ayının ən gözəl qolu “Araz-Naxçıvan”ın oyunçusu Bernardo Diasın "Kəpəz"ə vurdugu qol seçilib. Futbolçu bu gün keçirilən "Araz-Naxçıvan" - "Zirə" oyunundan əvvəl Peşəkar Futbol Liqası və “Misli” tərəfindən mükafatlandırılıb.

Mükafat Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Xəbər xətti