"Qəbələ" "İmişli" ilə bacarmadı

19:35 - 26 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 6-cı tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son matçında bu gün "Qəbələ" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

6 turdan sonra 14 xal toplayan "Qəbələ" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" lider "Karvan"dan 4 xal geri qalıb. 10 xalı olan "İmişli" isə 4-cü yerdədir.

Xəbər xətti