Mario Balotellinin yeni klubu bəlli oldu - RƏSMİ

20:39 - 28 Oktyabr 2024

"Adana Demirspor"dan ayrıldıqdan sonra klubsuz olan Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard "Cenoa"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin sabiq üzvü A Seriya təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti