"Turan Tovuz" legionerini komandada saxlamağı planlaşdırır

18:22 - 27 Oktyabr 2024

"Turan Tovuz" aparıcı legionerlərini komandada saxlamağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Kurban Berdiyev yayda komandaya cəlb edilmiş Kristian Da Silvadan razıdır.

Buna görə də, onunla müqavilə müddətinin artırılmasından yanadır.

35 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti bir illik artırıla bilər.

Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Braziliyalı futbolçu karyerası ərzində “Anapolis”(Braziliya), APOEL(Kipr), “ÇFR Kluj”(Rumıniya), “Nasyonal, “Pasuş Ferreyra”, “Feyrense”, “Kaza Pia”, “Koimbra”(hamısı Portuqaliya), “Sabah”(Azərbaycan) klublarında oynayıb.
 

Xəbər xətti