"Sabah" "Neftçi"ni məğlub etdi

16:50 - 27 Oktyabr 2024

Azərbaycan Basketbol Liqasında 2-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, son çempion "Sabah" "Neftçi"ni 93:75 hesabı ilə məğlub edib. Oyunun ən yaxşısı 22 xal toplayan Hassani Qravett olub. 

Turun son görüşü Gəncədə keçirilib."Gəncə" "Quba"ya 90:62 qalib gəlib

Bu görüşdə ən çox xalı ev sahibi komandanın oyunçusu Cordan Forbs toplayıb(21 xal)

Azərbaycan Basketbol Liqası. 2-ci tur

27 oktyabr

"Neftçi" - "Sabah" 75:93 (23:24, 15:31, 17:22, 20:16)
Bakı İdman Sarayı.

"Gəncə" - "Quba" 90:62 (19:18, 25:19, 22:14, 24:11)
Gəncə Olimpiya İdman Kompleksi.

Xəbər xətti