"Sumqayıt" bərabərə qaldı

22:49 - 27 Oktyabr 2024

Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Aznur" və "Sumqayıt" komandaları arasında oynanılıb.

Matçdan alınacaq 3 xal hər iki kollektivi turnir cədvəlində fərqli mövqelərə yüksəldə bilərdi.

Belə ki, "Aznur" qalib gəlsəydi 4-cü sıraya qalxacaqdı, "Sumqayıt" isə 2-ci pillədəki mövqeyini möhkəmləndirmək imkanı qazanacaqdı.

Gərgin və maraqlı keçən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, matçı "Sumqayıt" klubunun rəsmiləri və idarə heyətinin üzvləri də tribunadan izləyib. Klub rəhbərliyinin matçın gedişatında həyəcanı və komandaya verdiyi motivasiya görülməyə dəyərdi. Bu ab-hava qarşılaşmaya əlavə rəng qatmışdı.

Xəbər xətti