"Neftçi"ni yuxarı pillələrə yüksəltməsi üçün Samir Abasova vaxt vermək lazımdır"

14:22 - 27 Oktyabr 2024

İsrailin "Hapoel Hadera" klubunun müdafiəçisi Mamadu Mboc Sportal.az saytına açıqlama verib.

2020/2021 sezonunda "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olmuş seneqallı Samir Abasovun "ağ-qaralar"a geri dönməsini şərh edib.

Mbocun fikrincə, Abasov "Neftçi"yə uğur qazandıracaq: "Neftçi" ilə həmişə maraqlanıram, oyunlarını izləyirəm. Samir Abasovun komandaya geri qayıtmasına çox sevindim. Fikrimcə, bu komanda üçün ən doğru baş məşqçi seçimi o idi. Elə "Neftçi"yə son olaraq çempionluğu qazandıran da Abasov olmuşdu. Hər kəs ona güvənməli, etibar etməli və səbirli olmalıdır. "Neftçi"ni yuxarı pillələrə yüksəltməsi üçün Samir Abasova vaxt vermək lazımdır. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram. İnanıram ki, yenidən "Neftçi"yə uğurlar qazandıracaq. Biz birlikdə çempionluq yaşamışıq. Onun necə güclü məşqçi olduğuna bələdəm".

Xəbər xətti