Qara Qarayev bu ölkəyə yollana bilər

20:22 - 27 Oktyabr 2024

"Neftçi"dən ayrılan Qara Qarayevin hələ ki yeni komandası bəlli deyil.

Sportal.az saytına verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqası klubları ilə yanaşı, həm də xarici klublardan birinə keçmək variantını nəzərdən keçirir. 

Belə ki, Qarayevin karyerasını Türkiyədə davam etdirmək şansı var. İki klub onu heyətinə qatmaq istəyir. 

Yaxın vaxtlarda təcrübəli futbolçu gələcək karyerası ilə bağlı qərarını verəcək.

Qarayev 2008-2023-cü illərdə “Qarabağ”da çıxış edib. Ötən mövsümü isə “Neftçi”də keçirib.

Xəbər xətti