"Qarabağ"ın rəqibi səfərdə uduzdu - VİDEO

10:34 - 28 Oktyabr 2024

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Elfsborq” İsveç çempionatında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, bu komanda 28-ci turda AİK(Stokholm) klubunun qonağı olub.

“Qarabağ”ın rəqibi bu görüşdə rəqibinə 1:2 uduzub. Hazırda 41 xala malik “Elfsborq” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” görüşü dekabrın 13-də İsveçdə keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Xəbər xətti