"Atalanta" Maldininini istəyir

14:18 - 28 Oktyabr 2024

"Atalanta"nın direktoru Luka Perkassi komandanın "Montsa"nın hücumçusu Daniel Maldini ilə maraqlandığını açıqlayıb.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, klubun direktoru məsələ haqda bunları deyib:

“O, İtaliya futbolunun ən yaxşılarını təmsil edən prestijli ailədən gələn görkəmli istedada malik gəncdir. Ona görə də təbii ki, “Atalanta” onu izləyir. Biz onun işlərinin yaxşı getməsinə şadıq. Amma ümid edirik ki, bizə qarşı oynayacağını nəzərə alaraq növbəti matçda çox güclü olmayacaq”.

23 yaşlı hücumçunun “Montsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Milan”ın yetirməsi olan Daniel “Empoli”, “Spetsiya”da da çıxış edib.

Xəbər xətti