Bu gün İstanbul derbisi var

16:41 - 28 Oktyabr 2024

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, turun son oyun günündə İstanbul derbisi baş tutacaq. "Qalatasaray" öz meydanında əzəli rəqiblərindən olan "Beşiktaş"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşün baş hakimi Arda Kardeşler olacaq.

9 turdan sonra 25 xal toplayan "Qalatasaray" çempionatın lideridir. 8 oyun keçirən "Beşiktaş"ın aktivində isə 20 xal var. "Qara qartallar" 4-cü yerdədir.

Xəbər xətti