Azərbaycanlı məşqçi rəsmən Albaniya klubundan ayrıldı

14:34 - 28 Oktyabr 2024

Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya klubundan birdəfəlik və rəsmən ayrılıb.

Sportal.az saytına verilən məlumata görə, bir müddət əvvəl Albaniyadan ayrılaraq Bakıya qayıdan mütəxəssis müqaviləsinə də xitam verib.

Buna səbəb isə öncədən də qeyd etdiyimiz kimi klub rəhbərliyinin müqavilə şərtlərinə əməl etməməsi olub. Belə ki, albanlar Quliyevə müqavilədə qeyd olunmuş və əvvəlcədən nəzərdə tutulmuş məbləği verməyib.

Ona söz verilsə də, sonda həmin maaşı ödəməkdən boyun qaçırıblar. Ona görə də, Quliyev sonda "Biliş"lə mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib.

Millimizin veteran üzvünün karyerasını harada davam etdirəcəyi hələ ki, dəqiq deyil.

Xəbər xətti