"Real"ın türkiyəli futbolçusu İngiltərəyə yollana bilər

12:16 - 28 Oktyabr 2024

"Real" və Türkiyə millisinin üzvü Arda Güler İngiltərəyə yollana bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, gənc futbolçu "Liverpul"un maraq dairəsindədir.

Mersisayd təmsilçisi Ardanı qışda heyətinə qatmağı planlaşdırır.

Premyer Liqa klubu Güler üçün "Real"a 70 milyon avro ödəmək istəyir.

"Kral klubu"nun bu təklifə hansı cavabı verəcəyi hələ ki, bəlli deyil. Qeyd edək ki, Arda bu mövsüm "Real"ın heyətində 11 matçda meydana çıxıb.

Xəbər xətti