Rusiya klubunun qapıçısı Azərbaycan millisində çıxış edə bilər

17:31 - 28 Oktyabr 2024

AFFA daha bir futbolçunu milliləşdirmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, söhbət Rusiyanın SKA klubunda çıxış edən İslan İmamovdan gedir.

Federasiya 23 yaşlı qapıçı ilə danışıqlara start verib. Qolkiper özü də Azərbaycan milli komandasında çıxış etməyə isti yanaşır. Danışıqlar uğurla yekunlaşsa, İmamov gələcəkdə yığmamızın formasını geyinə bilər.

İslam İmamov Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. Onun anası azarbaycanlı, atası isə rusiyalıdır.

Qeyd edək ki, İslam İmamov SKA-ya 2022-ci ilin yayında "Kuban Holdinq"dən keçib. Qapıçının Xabarovsk təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, cari mövsümdə Rusiya 1-ci Divizionunda 13 matçda iştirak edib. "Transfermrkt" saytında futbolçunun dəyəri 400 min avrodur.

Xəbər xətti