"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi bəlli oldu

19:06 - 28 Oktyabr 2024

Erik ten Haqla yollarını ayıran "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"a müvəqqəti olaraq Ruud van Nistelrooy çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi daimi baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Qeyd edək ki, Ruud van Nistelrooy mövsümün əvvəlində "Mançester Yunayted"də köməkçi məşqçi kimi çalışırdı.

Xəbər xətti